Qəbələdə atıcılıq üzrə Azərbaycan çempionatı keçirilib




Bugünlərdə Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 30 idmançı (20 kişi, 10 qadın) mübarizə aparıb.
Səngər stendi üzrə kişilərin yarışında Elçin Babayev (Qəbələ AK) birinci yeri tutub. Elvin İsmayılov (RSAİM, Qəbələ) və Mirzə Bəşirov ilk üçlükdə qərarlaşıblar. Qadınların bu növ üzrə yarışında Alina Rəfixanova (RSAİM, Qəbələ) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan başqa, o, Azərbaycan rekordçusu adını qazanıb. İkinci yeri tutan Məsumə Cavadova (RSAİM, Qəbələ) qızlar arasında Azərbaycan rekordçusu adına layiq görülüb. Rəna Ələsgərova isə (RSAİM, Qəbələ) üçüncü yerlə kifayətlənib. Dairəvi stend üzrə keçirilən yarışda Emin Cəfərov (RYİUM, Qəbələ) öz rekordunu yeniləyərək birinci yerə sahib çıxıb. Xanhüseyn Bağırov (Qəbələ AK) ikinci, Niyaz Ağazadə (RSAİM) isə üçüncü yeri tutub. Bu növ üzrə qadınların yarışında Nurlana Cəfərova (RSAİM, Qəbələ) Azərbaycan çempionu adını qazanıb. Olimpiya çempionumuz Zemfira Meftəhətdinova (RYİUM, DİN) ikinci yerə layiq görülüb. Sevda Mustafayeva (RSAİM, DİN) üçüncü yerlə kifayətlənib. Ölkə çempionatının bürünc mükafatçısı qızlar arasında da Azərbaycan rekordçusu olub. Qeyd edək ki, Qəbələdə keçirilən Azərbaycan çempionatında iştirakçılardan 6-sı təsnifat normativlərini yerinə yetirib. Belə ki, Niyaz Ağazadə dairəvi səngər növündə, Alina Rəfixanova isə səngər növündə idman ustası adını qazanıblar. Məsumə Cavadova səngər növündə idman ustalığına namizəd olub. Bu növdə Elmar Sadıqov, Aydan Camalova və Rəna Ələsgərova birinci dərəcə normativlərini yerinə yetirib. Yarışla bağlı fikirlərini öyrənmək üçün yığma komandanın baş məşqçisi Hafiz Cəfərovla əlaqə saxladıq. Çempionatın baş hakimi "Olimpiya dünyası” qəzetinə fikirlərini bildirdi: "Azərbaycan çempionatında qeydə alınan nəticələr ürəkaçandır. Yarışda iştirak edən idmançılar özlərini yaxşı tərəfdən göstərdilər. Çempionat həm də rekordlarla yadda qaldı. Qarşıda onları böyük yarışlar gözləyir. Belə ki, avqustun 14-21-də Qəbələdə Heydər Əliyev Qran-prisi keçiriləcək. İnanıram ki, həmin yarışda da idmançılarımız uğurlu nəticələrlə yadda qalacaqlar”.


Bu yazı

7940 dəfə oxunub

Tarix

2014-08-05 11:52:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook