İdmançılarımız Amerikadan qələbə ilə qayıdıblar



İyulun ayında Amerika Birləşmiz Ştatlarının (ABŞ) Orlando şəhərində Çin döyüş sənəti üzrə dünya çempionatı keçirilib. Azərbaycan Hap ki Do Federasiyasının prezidenti, 10-cu dan qara kəmər ustası Süleyman Məmmədli yarışda ölkəmizi layiqincə təmsil edərək kompleks hərəkətlər üzrə qızıl, silahla işləmək üzrə isə gümüş medal əldə edib. Çempionatda Süleyman Məmmədlinin tələbəsi Gülşad Quliyeva sərbəst döyüşlərdə qadınlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
ABŞ-ın Miciqan ştatının Kalamazu şəhərində keçirilən hap ki do üzrə növbəti dünya çempionatında isə 4-cü dan qara kəmər ustası Orxan Məmmədli və 3-cü dan dara kəmər ustası Eldəniz Xəlilov mükafatalayiq yerlər tutublar, Süleyman Məmmədli isə qızıl medal qazanıb. Azərbaycan Ali Hərbi Məktəbinin müəllimi Orxan Məmmədli və Eldəniz Xəlilov gümüş medala sahib olublar. Xatırladaq ki, hər iki idmançı 2010-cu ildə hap ki do üzrə keçirilən dünya çempionatında qızıl medal əldə edib. İdmançılarımızı uğurlu nəticələrə görə təbrik edirik. İnanırıq ki, onlar növbəti dünya çempionatlarında da qələbəyə layiq olduqlarının göstərəcəklər.


Bu yazı

7310 dəfə oxunub

Tarix

2014-08-05 11:57:07

Yazını

Çap et

Yazını

Paylaş