Şəhriyarın Fransada parlaq qələbəsi



Norveçin Tromsö şəhərində şahmat Olimpiadası davam edir. İlk 3 turda qələbələri sıralayan Azərbaycanın kişi və qadın yığmaları bugünkü rəqiblərini tanıyıblar.
Kişilərdən ibarət yığmamızın rəqibi Fransa kollektividir. Qadınlardan ibarət millimiz isə turnirin favoritlərindən sayılan Çinlə qarşılaşacaq.
Artıq lövhələr üzrə cütlüklər müəyyənləşib. Aleksandr Xalifman bu dəfə kişilərdən ibarət yığmamızda Qədir Hüseynova "taym-aut" verib. Qadınlardan ibarət millimzdən isə ən ciddi sınaq Zeynəb Məmmədyarovanın bəxtinə düşüb. O, dünya çempionuna qarşı mübarizə aparacaq.
Gözlənildiyi kimi, qadınlardan ibarət millimiz asiyalılara müqavimət göstərə bilmədilər.
Kişilərdən ibarət komandamız isə Şəhriyar Məmmədyarovun parlaq qələbəsi sayəsində Fransanı məğlub etməyi bacarıb.

Azərbaycan - Fransa 2,5:1,5

Şəhriyar Məmmədyarov - Maksim-Vaşye Laqrav 1:0
Teymur Rəcəbov - Etyen Bakro 1/2:1/2
Rauf Məmmədov - Loran Fressine 1/2:1/2
Eltac Səfərli - Vladislav Tkaçov 1/2:1/2

Azərbaycan - Çin 1:3

Zeynəb Məmmədyarova - Xou İfan 0:1
Gülnar Məmmədova - Jou Ven Çjun 1/2:1/2
Türkan Məmmədyarova - Jonqi Tan 0:1
Səbina Məmmədova - Quo Qyu 1/2:1/2

olimpnews.az



Bu yazı

5188 dəfə oxunub

Tarix

2014-08-07 12:44:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev