Həvəskar şahmatçıların yarışı yekunlaşdı



Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə məhəllə və mikrorayonlarda bir sıra idman tədbirləri keçirilib.
Bu tədbirlərdən biri də artıq 4-cü ildir ki, ənənəvi şəkildə təşkil olunan məhəllə və mikrorayonların həvəskar şahmatçıları arasında şəhər çempionatıdır.
İyulun14-də start götürən çempionata məhəllə və mikrorayonların 60 həvəskar şahmatçısı qatılıb. İlkin mərhələ Heydər Əliyev abidəsinin qarşısında olan istirahət parkında və Heydər parkında inşa olmuş şahmat löhvəsində keçirilib.

Yarımfinal və final oyunları isə avqustun 14-də Heydər Əliyev abidəsinin qarşısında inşa edilən şahmat lövhəsində keçirilib. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışların yekun nəticəsinə görə Rasim Eyvazov, Nizami Məmmədov və Rövşən Mehrəliyev, müvafiq olaraq, birinci, ikinci və üçüncü yerləri tutublar.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tərəfindən qaliblərə pul mükafatı və diplomlar təqdim olunub.


Bu yazı

7407 dəfə oxunub

Tarix

2014-08-08 13:19:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev