FİDE prezidenti dəyişmədi


Zurab Azmayparaşvili Avropa Şahmat İttifaqının (AŞİ) prezidenti seçkilərində qalib gəlib. O, növbəti dörd ildə bu vəzifəni tutacaq.
AŞİ Prezident Şurasının Norveçin Tromse şəhərində iclası Kirsan İlyumjinovunu növbəti dəfə FİDE-nin prezidenti seçildiyi dünya iclasından daha sadə və sakit şəraitdə keçib. Namizədlərin hər ikisi - Zurab Azmayparaşvili və Silvio Danailov nümayəndələr qarşısında çıxış edərək komandalarını və proqramlarını təqdim ediblər.
Nümayəndələrdən 33-ü gürcüstanlı qrossmeyster Zurab Azmayparaşviliyə, 18-i Silvio Danailova səs verib. Zurab Azmayparaşvili səs çoxluğu ilə Avropa Şahmat İttifaqının yeni prezidenti seçilib.
Məlumat üçün bildirək ki, yeni prezident seçkisinin səsverməsində 172 ölkənin nümayəndələri iştirak ediblər. Səsvermədən əvvəl prezidentliyə namizədlər Kirsan İlyumjinov və Harri Kasparova seçkiqabağı nitq üçün 15 dəqiqə vaxt verilsə də, onlar daha az vaxtla kifayətləniblər.
Harri Kasparova verilən 61 səs müqabilində 110 səs toplayan Kirsan İlyumjinov növbəti dörd il müddətinə FİDE-nin prezidenti seçilib.


Bu yazı

9839 dəfə oxunub

Tarix

2014-08-15 17:48:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev