Marafon Bakıda başlayıb, Moskvada yekunlaşacaq



FİDE Qran-prisinin mərhələ yarışlarının tarixi müəyyənləşib. Mərhələ yarışlarında iştirak edəcək qrossmeysterlərin də adları açıqlanıb. Belə ki, FİDE Qran-prisinin mərhələ yarışları 4 ölkədə baş tutacaq. 4 mərhələdən ibarət yarış bu ilin oktyabr ayında başlayıb, növbəti ilin mayın ayında yekunlaşacaq.
Dünyanın ən güclü şahmatçılarının da ilk sınağı Bakıda başlayacaq. FİDE Qran-prisinin Bakıdakı ilk mərhələ yarışı oktyabrın 1-dən 15-dək keçiriləcək. Növbəti yarış Özbəkistan paytaxtı Daşkənddə baş tutacaq. Oktyabrın 20-dən noyabrın 3-dək keçiriləcək matçlardan sonra Qran-pridə fasilə yaranacaq. 3-cü mərhələnin görüşləri 2015-ci il fevralın 14-28-də İranın paytaxtı Tehranda təşkil olunacaq. Son mərhələyə isə Rusiya paytaxtı Moskva ev sahibliyi edəcək. Bu oyunlar həmin il mayın 13-27-də keçiriləcək.
Qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq. Onların hər biri 3 mərhələdə qüvvəsini sınayacaqlar. Artıq FİDE 11 idmançının adını açıqlayıb. Belə ki, Maqnus Karlsen (dünya çempionu, Norveç), Vişvanatan Anand (dünya çempionluğu uğrunda oyunun iştirakçısı, Hindistan), Vladimir Kramnik (Dünya kubokunun qalibi, Rusiya), Dmitri Andreykin (Dünya kubokunun finalçısı, Rusiya), Yevgeni Tomaşevski (Dünya Kubokunun yarımfinalçısı, Rusiya), Maksim Vaşye-Laqrav (Dünya kubokunun yarımfinalçısı, Fransa), Levon Aronyan (Ermənistan), Fabiano Karuana (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ) və Veselin Topalov (hamısı 05.2013-04.2014 reytinqinə əsasən, Bolqarıstan) Qran-Pridə iştirak üçün dəvət edilib. Onlar yarışda iştirakı avqustun 27-nə qədər təsdiqləməlidirlər.
Əgər bu şahmatçılardan hansısa tunirdən imtina edərsə, ehtiyat "üçlük”də məlumdur. Burada Sergey Karyakin (Rusiya) və Boris Gelfandla (İsrail) yanaşı, Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da var.
Qeyd edək ki, "11-liyə” hər təşkilatçı ölkənin 1 şahmatçısı, həmçinin FİDE prezidentinin nominantı da qoşulacaq.


Bu yazı

23789 dəfə oxunub

Tarix

2014-08-22 11:29:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev