Qrossmeysterlərimiz super liqada yarışırlar


Türkiyənin Kocaeli şəhərində avqustun 19-da start götürən "Türkiyə İş Bankası Super Şahmat Ligi -2014” davam edir. Hər komandanın tərkibində 10 zəka sahibi olmaqla, ümumilikdə 13 komanda (225 şahmatçı), qələbə uğurunda mübarizə aparır. Tunirdə Türkiyə, Hindistan, Çin, Gürcüstan, Azərbaycan, Fransa, Rusiya, Ukrayna, Bolqarıstan və Özbəkistanın ölkələrinin təmsilçiləri iştirak edirlər. Ölkəmizi bu yarışda müxtəlif komandaların tərkibində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Nicat Məmmədov, Misrətdin İsgəndərov, Gülnar Məmmədova və Səbinə İbrahimova təmsil edirlər. 4-cü turda "Beşiktaş Gimnastik Klubu”na qoşulan Şəhriyar Məmmədyarov Çin şahmatçısı Liren Dinglə heç-heçə edərək aktivinə 0,5 xal yazıb. Bu klubda çıxış edən digər təmsilçimiz Rauf Məmmədovun aktivində 1,5 xalı var. "Mersin Ezgi şahmat klubunun” tərkibində çıxış edən Səbinə İbrahimova isə 4 oyunun dördündən də qalib ayrılıb. Misrətdin İsgəndərov 2,5 xal, Nicat Məmmədov isə 1,5 xal toplayıb. Qadın qrossmeysterimiz Gülnar Məmmədova isə "Antalya Çallı Spor Klubu”nda çıxış edir və Məmmədova aktivinə 1 xal yaza bilib. Bu klubun tərkibində mübarizə aparan digər həmyerlimiz Eltac Səfərli isə 2 xal toplayıb.


Bu yazı

6075 dəfə oxunub

Tarix

2014-08-26 12:05:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev