Şahmatçımız sentyabrda 6 rəqibini qabaqlayıb



Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Sentyabr üçün açıqlanan "Top-100”də Azərbaycan təmsilçiləri də yer alıblar.
Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdir. Həmyerlimiz olimpiadada uğurlu çıxışdan sonra 6 pillə irəliləyərək, 12-ci pilləyə qalxıb. O, aktivindəki xalların sayını da 2765-ya çatdırıb.
Şəhriyar Məmmədyarovdan fərqli olaraq, Teymur Rəcəbov 33-cü pilləyə enib. O, 6 pillə geriləyib - 2717 xal.
Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2660) da geriləyənlər sırasındadır. O, 2 rəqibini özündən irəli buraxmaqla 93-cü yerdə qərarlaşıb.
Eltac Səfərli isə "Top-100”dəki yerini qaytarıb. Qrossmeysterimiz 2655 xalla 100-102-ci yerlərə şərikdir.
Ən güclü 100 şahmatçı qadınların siyahısında bu dəfə də Azərbaycan təmsilçisi yer almayıb.
Reytinq cədvəlinin ilk "üçlüyü”ndə dəyişiklik baş verməyib. Norveçli Maqnus Karlsenin 2870 xalla başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2804) ikinci, italiyalı Fabiano Karauna (2801) üçüncüdü.







Bu yazı

6621 dəfə oxunub

Tarix

2014-09-05 10:37:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev