SOCAR Avropada liderdir




Sentyabrın 14-də İspaniyanın Bilbao şəhərində şahmat üzrə klublararası Avropa çempionatı başlanıb. Yarışda iştirak edən kişilərdən ibarət 52 klubun mübarizəsində ölkəmizi SOCAR və "Odlar Yurdu” komandaları təmsil edirlər. SOCAR-ın heyətində Teymur Rəcəbov (2717), Şəhriyar Məmmədyarov (2756), Aniş Qiri (2758), Anton Korobov (2673), Van Hao (2730), Eltac Səfərli (2655), Maykl Adams (2752) və Veselin Topalov (2784) çıxış edirlər.
"Odlar Yurdu”nun heyətində isə Qədir Hüseynov (2615), Rauf Məmmədov (2660), Nicat Məmmədov (2624), Vasif Durarbəyli (2614), Vüqar Rəsulov (2514), Nicat Abasov (2527), Ülvi Bacarani (2483) və Emil Sutovski yer alıblar. Komandalarımız yarışa uğurla başlayıblar. Belə ki, SOCAR və "Odlar Yurdu” böyükhesablı qələbə əldə ediblər. İsveçin "Vikinq” və Makedoniyanın "Qambit” klubları komandalarımıza müqavimət göstərə bilməyiblər - 5,5:0,5. Təmsilçilərimiz ikinci turda yarışın favoritləri ilə üz-üzə gəliblər. Azərbaycan klublarından SOCAR Rusiyanın Moskva şahmat yığmasını (MŞY) 5:1, "Odlar Yurdu” isə Belçikanın "KSK-47 Eynatten” komandasını 4:2 hesabı ilə məğlub edib. Rusiya təmsilçisini məğlubiyyətə uğradan SOCAR üçüncü turda Norveçin "Oslo” komandası ilə üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanıb - 4,5:1,5.

Digər klubumuz "Odlar Yurdu” (4:2) isə Almaniyanın "Solinqen” komandası ilə görüşdə heç-heçə edib - 3:3.
İlk 3 görüşü qələbə ilə başa vuran SOCAR Çexiyanın "Novı Bor” klubu ilə üz-üzə gəlib. Bu görüşdə Van Hao rəqibinə məğlub olub. Digər şahmatçıların uğurlu çıxışı isə həmin məğlubiyyəti sığortalayıb - 4:2. Əldə olunan qələbədən sonra 2012-ci ilin Avropa çempionu SOCAR yarış cədvəlində vahid lider olub.
"Odlar Yurdu” isə İspaniyanın "Qros Xake Taldea” klubu ilə görüşdə qüvvəsini sınayıb. Həmin qarşılaşmada da təmsilçimiz qalib gəlib - 4:2. Komandamız 7 xalla 2-5-ci yerləri bölüşdürür.



1-ci tur

SOCAR (Azərbaycan) - Vikinq (İsveç) - 5,5:0,5
Maykl Adams - Evqeni Aqrest - 0,5:0,5
Aniş Qiri - Bo Lindberq - 1:0
Teymur Rəcəbov - Yonatan Vestenberq - 1:0
Van Hao - Rauan Saqit - 1:0
Anton Korobov - Anders Pettersson - 1:0
Eltac Səfərli - Erik Vaarala - 1:0
"Odlar Yurdu” (Azərbaycan) - "Qambit Asseco” (Makedoniya) - 5,5:0,5
Emil Sutovski - Petar Arnaudov - 0,5:0,5
Ülvi Bacarani - Orçe Dançevski - 1:0
Qədir Hüseynov - Zoran Stoyçevski - 1:0
Nicat Abbasov - Maryan Mitkov - 1:0
Nicat Məmmədov - Lyubisa Andonovski - 1:0
Vüqar Rəsulov - Dejan Dinyev - 1:0

2-ci tur

MŞY (Rusiya) - SOCAR (Azərbaycan) - 1:5
Yan Nepominayuşi (2710) - Şəhriyar Məmmədyarov (2756) - 0:1
Aleksandr Morozeviç (2731) - Veselin Topalov (2784) - 0:1
Aleksey Dreyev (2662) - Maykl Adams (2752) - 0:1
Boris Qraçev (2673) - Aniş Qiri (2758) - 0,5:0,5
Daniel Dubov (2614) - Teymur Rəcəbov (2717) - 0:1
Vladimir Potkin (2610) - Van Hao (2730) - 0,5:0,5
"Ksk-47 Eynatten” (Belçika) - "Odlar Yurdu” (Azərbaycan) - 2:4
Robin Svinkels (2493) - Vasif Durarbəyli (2614) - 0,5:0,5
Martin Dambaçer (2497) - Rauf Məmmədov (2660) - 0,5:0,5
Mixael Hoffmann (2447) - Ülvi Bacarani (2483) - 0,5:0,5
Tomas Koç (2456) - Qədir Hüseynov (2615) - 0:1
Patrik Zilbel (2405) - Nicat Abbasov (2527) - 0,5:0,5
Norbert Kognen (2313) - Nicat Məmmədov (2624) - 0:1

3-cü tur

SOCAR (Azərbaycan) - "Oslo” (Norveç) - 4,5:1,5
Şəhriyar Məmmədyarov (2756) - Yon Lüdviq Hammer (2630) - 0,5:0,5
Veselin Topalov (2784) - Simen Adqesteyn (2622) - 0:1
Aniş Qiri (2758) - Ornulf Stabberud (2342) - 1:0
Van Hao (2730) - Lars Xauqe (2322) - 1:0
Anton Korobov (2673) - Sebastyan Mixaylov (2257) - 1:0
Eltac Səfərli (2655) - Mats Persson (2239) - 1:0
"Odlar Yurdu” (Azərbaycan) - "Solinqen” (Almaniya) - 3:3
Emil Sutovski (2632) - Markus Raqqer (2657) - 1:0
Vasif Durarbəyli (2614) - Ervin L’Ami (2630) - 0,5:0,5
Rauf Məmmədov (2660) - Çanda Sandipan (2619) - 1:0
Ülvi Bacarani (2483) - Aleksandr Naumann (2558) - 0,5:0,5
Qədir Hüseynov (2615) - Mads Andersen (2470) - 0:1
Vüqar Rəsulov (2514) - Yorq Veqerle (2435) - 0:1
4-cü tur

SOCAR (Azərbaycan) - "Novı-Bor” (Çexiya) - 4:2
Şəhriyar Məmmədyarov (2756) - Radoslav Voytaşek (2736) - 0,5 - 0,5
Veselin Topalov (2784) - David Navara (2722) - 1:0
Maykl Adams (2752) - Pentala Harikrişna (2725) - 0,5:0,5
Aniş Qiri (2758) - Viktor Lazniçka (2675) - 1:0
Teymur Rəcəbov (2717) - Krişnan Saşikiran (2680) - 1:0
Van Hao (2730) - Mateuş Bartel (2636) - 0:1
"Qros Xake Taldea” (İspaniya) - "Odlar Yurdu” (Azərbaycan) - 2:4
Arkadi Naydiç (2715) - Emil Sutovski (2632) - 0:1
Luk Van Veli (2650) - Vasif Durarbəyli (2614) - 1:0
Alexandro Alonso (2471) - Rauf Məmmədov (2660) - 0:1
Santyaqo Qonsales (2450) - Ülvi Bacarani (2483) - 0,5 - 0,5
İniqo Riveyro (2434) - Nicat Abasov (2527) - 0,5 - 0,5
İniqo Martin (2298) - Nicat Məmmədov (2624) - 0:1
4 turdan sonra turnir cədvəli
1. SOCAR (Azərbaycan) - 8. 2- 5. "Obiettivo Risarcimento” (İtaliya), "Malaxit” (Rusiya), "Odlar Yurdu” (Azərbaycan), "Ladya” (Rusiya) - 7 xal. 6-12. "Novı Bor” (Çexiya), Sankt-Peterburq Şahmat Federasiyası (Rusiya), "Hohenems” (Avstriya), "Huginn” (İslandiya), "Haladas” (Macarıstan), "Minsk” (Belarus), "Rockaden” (İsveç) - 6 xal.




Bu yazı

7350 dəfə oxunub

Tarix

2014-09-19 15:01:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev