“Baku-Open 2014”də C turniri başa çatıb


Respublika Şahmat Mərkəzində keçirilən Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş "Baku-Open 2014” beynəlxalq şahmat festivalında C turniri (12 yaşınadək uşaqlar arasında) başa çatıb.
Turnirdə ölkəmizin müxtəlif rayon və bölgələrindən 114 zəka sahibi qələbə uğrunda mübarizə aparıb.
Yarışda ən yaxşı nəticəni Bakı şahmatçıları Əhməd Əhmədzadə və Məhəmməd Muradlı göstəriblər. Hər iki şahmatçı 8 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Mirmusa Feyziyev isə 7 xalla 3-cü pillədə qərarlaşıb. 12 yaşlı oğlanlar arasında 1-ci yeri aktivinə 8 xal yazdıran Məhəmməd Muradlı, 2-ci yeri 7 xalla Ağdam şahmatçısı Nurlan Şükürov, 3-cü yeri isə 6.5 xalla Ayxan Əlizadə (Quba) tutub.
Eyni yaş qrupunda olan qızlar arasında aktivinə 6,5 xal yazdıran Gövhər Beydullayeva 1-ci, Sədaqət Abbasova 5,5 xalla 2-ci, Qazaxıstan şahmatçısı Kim Leyla isə 5 xalla 3-cü olub.
10 yaşınadək oğlanlar arasında Əhməd Əhmədzadə lider olub. Mirmusa Feyziyev 2-ci, Zaur Balayev isə 3-cü pillədə qərarlaşıb.
Səbinə Rzalı (Sumqayıt) 5.5 xal toplayaraq 10 yaşlı qızlar arasında 1-ci olub. Nəcibə Orucova (Bakı) 5,5 xalla 2-ci, Ayan Allahverdiyeva (Bakı) isə 5 xalla 3-cü yerə çıxıb.
8 yaşınadək oğlanlar arasında Kürdəmir şahmatçısı Fərhad Məmmədəliyev, Sənan Xudiyev (Bakı) və Ümid Aslanov 5,5 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər.
Eyni yaş qrupundan olan qızlar arasında Nərmin Nəsibova aktivinə 4 xal yazdıraraq qrupunun vahid lideri olub, Nurtac Heydərli və Aydan Şükürova 3 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.
Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.



Bu yazı

8426 dəfə oxunub

Tarix

2014-09-19 12:27:19

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev