Bakı Qran-prisinin partiyaları canlı yayımlanacaq



Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri turnirinin Bakıda təşkil olunacaq mərhələ yarışlarının bütün partiyaları rəsmi sayt (baku2014.fide.com) vasitəsilə canlı yayımlanacaq.
Şahmat partiyaları Azərbaycan və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq. Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.
Qeyd edək ki, turnirdə Azərbaycanı iki qrossmeyster - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Eyni zamanda, Qran-prinin Bakıdakı yarışlarında Fabiano Karuana (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Rüstəm Qasımcanov (Qazaxıstan) və Yevgeni Tomaşevski (Rusiya) kimi şahmatçılar iştirak edəcəklər.
Yarışın qaydalarına əsasən, turnirdə 16 şahmatçı mübarizə aparacq və hər zəka sahibi üç mərhələdə bacarığını nümayiş etdirəcək. Dörd ölkədə keçiriləcək dörd mərhələ oktyabrda başlayıb gələn ilin mayında başa çatacaq.
Məlumat üçün bildirək ki, qran-prinin açılış mərasimi oktyabrın 1-də keçiriləcək. Birinci turun oyunları oktyabrın 2-də saat 15.00-da start götürəcək.


Bu yazı

11177 dəfə oxunub

Tarix

2014-09-26 13:05:27

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev