Slalomçumuz tarixə düşüb


Ölkəmiz kanoe-slalom növündə ilk dəfə dünya çempionatında təmsil olunub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının bu ildən inkişaf etdirməyə başladığı yeni növ üzrə mötəbər yarış ABŞ-ın Merilend ştatının Dip Krik gölündə keçirilib.

Ölkəmizi çempionatda Yure Meqliç təmsil edib. 30 yaşlı slalomçu kişilər arasında fərdi kayak (K-1) növündə çıxış edib. O, seçmə mərhələsində 102,48 saniyə nəticə ilə 74 iştirakçı arasında 27-ci yeri tutub. Qaydalara əsasən, təmsilçimiz 40 ən yaxşı fərdi kayakçı sırasına düşdüyü üçün yarımfinala çıxıb. Bu mərhələdə isə Meqliç yürüşü cəriməsiz tamamlasa da, müxtəlif maneələri keçərək, finişə 107,43 saniyəyə çatıb və 20-ci yeri tutub. Finala isə ilk "10-luğ”a düşənlər çıxıblar. Bu səbəbdən idmançımız mübarizəni dayandırıb və yekun siyahıda 74 iştirakçı arasında 20-ci olub.
Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda yay Olimpiya oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Kanoe-slalomun ölkəmizə gəlişinədək burada akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.


Bu yazı

14043 dəfə oxunub

Tarix

2014-10-01 16:13:35

Yazını

Çap et

Yazını

Paylaş