Ölkə başçısı idmançılarla görüşüb


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Cənubi Koreyada keçirilən XXVII Asiya Oyunlarında qızıl medal qazanan idmançılarla görüşüb. Qeyd edək ki, KXDR atletləri sentyabrın 19-dan oktyabrın 4-dək Cənubi Koreyanın İnçxon şəhərində keçirilən yarışlarda 11-i qızıl olmaqla, ümumilikdə 36 medal qazanıblar. Ölkə idmançıları Asiya Oyunlarında həm də dörd dünya rekordu müəyyən ediblər. Görüşdə buyaxınlarda güləş üzrə Özbəkistanda keçirilən dünya çempionatının, eləcə də idman gimnastikası üzrə Çində təşkil edilən dünya çempionatının qalibləri də iştirak ediblər.
Kim Çen In Asiya Oyunlarında uğurla yarışan idmançıları təbrik edib və onlara uğurlar arzulayıb.


Bu yazı

9034 dəfə oxunub

Tarix

2014-10-21 16:23:42

Yazını

Çap et

Yazını

Paylaş