Şahmat bəstəçiliyi üzrə “Olimpiya dünyası-2014” beynəlxalq yarışları


"Olimpiya dünyası” qəzeti 2005-ci ildən başlayaraq şahmat bəstəçiliyi üzrə beynəlxalq yarışlar keçirir. Qəzetimizin şahmat bəstəçiliyi üzrə keçirdiyi beynəlxalq yarışlarda yer tutan bir çox bəstələr dünyada çoxsaylı jurnal və kitablarda, hətta dünyanın şahmat bəstəçiliyinin qızıl kitabı sayılan FİDE albomunda da dərc edilib. Hətta qəzetimizdə dərc edilən etüdlərdən biri 2010-cu ilin etüdü seçilib.
Nəşrimiz 2014-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə növbəti beynəlxalq yarışlara start verib. Yarışlar, ənənəvi olaraq, dörd bölmə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər) üzrə təşkil olunub. Xatırladaq ki, şahmat guşəsi həftədə bir dəfə - çərşənbə axşamı və ya cümə günləri işıq üzü görür. Yarışların nəticələri gələn ilin fevral - aprel aylarında "Şahmat” əlavəsində dərc olunacaq.
2014-cü il üçün beynəlxalq yarışların hakimlərini təqdim edirik: #2 (ikigedişli) Kənan Vəlixanov (İmişli, Azərbaycan), #3 (üçgedişli) Araz Alməmmədov (Qəbələ, Azərbaycan), N# (çoxgedişli) Ferhat Karmil (Türkiyə),+= (etüdlər) Muradxan Muradov (Qobustan, Azərbaycan).






Bu yazı

7805 dəfə oxunub

Tarix

2014-10-21 16:42:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev