Şahmatçımız 2 illik fasilədən sonra yenidən Veyk-an-Zeedə


Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi təşkil olunan beynəlxalq turnirin 14 iştirakçısından 12-nin adı müəyyənləşib. 2015-ci il yanvarın 9-25-də keçiriləcək yarışa 2 illik fasilədən sonra azərbaycanlı qrossmeyster də qatılacaq.
Belə ki, həmyerlimiz Teymur Rəcəbov da 11 rəqibinə qarşı mübarizəyə qoşulacaq. Onun rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Levon Aronyan (Ermənistan), Aniş Qiri, Lyuk van Veli (hər ikisi Hollandiya), Maksim Vaşye-Laqrev (Fransa), Uesli So (Filippin), Din Lijyen (Çin), Vasili İvançuk (Ukrayna), İvan Şariç (Xorvatiya) və Yifan Hou (Çin) olacaq. Digər 2 şahmatçının adı isə yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, analoji yarışda sonuncu dəfə Teymur Rəcəbovla birgə mərhum şahmatçımız Vüqar Həşimov mübarizə aparmışdı. 2012-ci ildə baş tutan həmin turnirdə Teymur Rəcəbov 2-4-cü yerləri bölüşmüş, Vüqar Həşimov isə 10-12-ci yerlərə şərik olmuşdu.


Bu yazı

9242 dəfə oxunub

Tarix

2014-10-28 12:51:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev