Kosova MOK-nun üzvlüyə qəbul edilməsi dekabrda baş tutacaq


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Kosovanın yay Olimpiya idman növləri üzrə federasiyalarının tam sayı barədə məlumat verib.
BOK İcraiyyə Komitəsi Kosovo Milli Olimpiya Komitəsini (MOK) ilkin mərhələdə rəsmən tanıdığını təsdiqləyib. Qeyd edək ki, Kosovo MOK-u 1992-ci ildən fəaliyyət göstərir və öz tərkibində 30-dan çox federasiyanı birləşdirir. Hansı ki, bunlardan 13-ü Olimpiya, qalanı isə qeyri-Olimpiya idman növlərinə aiddir. Olimpiya idman növləri üzrə artıq 6 (stolüstü tennis, kamandan oxatma, cüdo, yelkən idmanı, ağırlıqqaldırma və müasir beşnövçülük) federasiya müvafiq beynəlxalq qurumların tamhüquqlu üzvüdür.
"13 federasiyadan 7-si gözləmə mövqeyindədir. Biz bu federasiyalardan üzvlük barədə ərizələr almışıq. Hazırda bu federasiyalar öz vaxtını gözləyirlər”, - deyə BOK prezidenti bildirib.
Qeyd edək ki, Kosovo MOK-nun tam tanınması məsələsinə BOK-un dekabrın 8-9-da Monakoda keçiriləcək növbəti sessiyasında baxılacaq.


Bu yazı

10037 dəfə oxunub

Tarix

2014-10-28 14:37:59

Yazını

Çap et

Yazını

Paylaş