Daşkənddə lider dəyişdi



Şahmatçılarımızı I yerdən bir xal ayırır

Şahmat üzrə FİDE Qran-pri turnirinin 2014-2015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsi davam edir. Xəbər verdiyimiz kimi bu mərhələdə dairəvi sistem üzrə 12 qrossmeyster qüvvəsini sınayır. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov (2764) və Teymur Rəcəbov (2726) həm biri-biri ilə həm də Fabiano Karuana (İtaliya, 2844), Aniş Qiri (Hollandiya, 2768), Sergey Karyakin (Rusiya, 2767), Hikaru Nakamura (ABŞ, 2764), Maksim Vaşye-Laqrav (Fransa, 2757), Boris Gelfand (İsrail, 2748), Dmitri Yakovenko (Rusiya, 2747), Dmitri Andreykin (Rusiya, 2722), Baadur Cobava (Gürcüstan, 2717) və Rüstəm Qasımcanov (Özbəkistan, 2706) kimi güclü rəqiblərinə qarşı mübarizə aparırlar. Ötən sayımızda ilk iki turun nəticələri ilə bağlı məlumat vermişdik.

3-cü turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov israilli Boris Gelfandla üz-üzə gəlib. Bakıda keçirilən analoji yarışda iki çempiondan biri olan Gelfand şahmtçımızla görüşdə "şah”ını qurban verib. Ümumiyyətlə, Gelfand Daşkənd yarışında oyunlarını aşağı səviyyədə keçirir. Yarışda iştirak edən digər şahmatçımız Teymur Rəcəbovun heç-heçələri isə davam edir. Bu tura qədər vahid lider olan Maksim Vaşye-Laqrav təmsilçimizlə görüşdə xal itkisinə məruz qalıb. Bakıda Boris Gelfandla çempionluğu yarı bölən Fabiano Karuana da, deyəsən, yorğundur. Şahmatçı əsas görüşlərdə rəqibləri ilə sülhə razılaşır.

Daşkənddə keçirilən Qran-pri turnirinin 4-cü turunda bütün oyunlarda şahmatçılar heç-heçə ilə razılaşıblar. Lakin 5-ci turda həm lider dəyişib, həm də favoritlər aşağı pilləyə yuvarlanıblar. Şəhriyar Məmmədyarov Karuana ilə, Teymur Rəcəbov isə Andreykinlə görüşdə xal bölgüsü aparıblar. Yarışın lideri olan Vaşye-Laqrav Yakovenkoya uduzub. Nakamura Boris Gelfanda qalib gəlib. Yapon əsilli ABŞ şahmatçısı bu qələbə ilə liderliyi ələ alıb. Boris Gelfand ev sahibi Rüstəm Qasımcanovla birlikdə cədvəlin aşağı pilləsində yer alıb. Şahmatçılarımız isə liderdən cəmi 1 xal geri qalaraq, 5-9-cu yerləri bölüşdürürlər. Qeyd edək ki, dünən axşam saatlarında 6-cı turun qarşılaşmaları keçirilib. Matçlar gec başa çatdığından nəticələrlə növbəti sayımızda ətraflı tanış ola bilərsiniz.

Daşkənd Qran-prisinin nəticələri:
3-cü tur
Hikaru Nakamura (ABŞ, 2764) - Aniş Qiri (Hollandiya, 2768) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764) - Boris Gelfand (İsrail, 2748) - 1:0
Fabiano Karuana (İtaliya, 2844) - Dmitri Andreykin (Rusiya, 2722) - 0,5:0,5
Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - Baadur Cobava (Gürcüstan, 2717) - 0:1
Teymur Rəcəbov (2726) - Maksim Vaşye-Laqrav (Fransa, 2757) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2767) - Dmitri Yakovenko (Rusiya, 2747) - 1:0

4-cü tur
Aniş Qiri (Hollandiya, 2768) - Fabiano Karuana (İtaliya, 2844) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764) - Hikaru Nakamura (ABŞ, 2764) - 0,5:0,5
Dmitri Andreykin (Rusiya, 2722) - Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - 0,5:0,5
Baadur Cobava (Gürcüstan, 2717) - Teymur Rəcəbov (2726) -0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa, 2757) - Sergey Karyakin (Rusiya, 2767) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2748) - Dmitri Yakovenko (Rusiya, 2747) - 0,5:0,5

5-ci tur
Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - Aniş Qiri (Hollandiya, 2768) - 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2844) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764) -0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2764) - Boris Gelfand (İsrail, 2748) - 1:0
Teymur Rəcəbov (2726) - Dmitri Andreykin (Rusiya, 2722) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2767) - Baadur Cobava (Gürcüstan, 2717) - 0:1
Dmitri Yakovenko (Rusiya, 2747) - Maksim Vaşye-Laqrav (Fransa, 2757) - 1:0

5 turdan sonra turnir cədvəli:
1. Hikaru Nakamura (ABŞ, 2764) - 3,5 xal; 2-4. Baadur Cobava (Gürcüstan, 2717), Maksim Vaşye-Laqrav (Fransa, 2757), Dmitri Andreykin (Rusiya, 2722) - 3 xal; 5-9. Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764), Teymur Rəcəbov (Azərbaycan, 2726), Aniş Qiri (Hollandiya, 2768), Dmitri Yakovenko (Rusiya, 2747), Sergey Karyakin (Rusiya, 2767) - 2,5 xal; 10. Fabiano Karuana (İtaliya, 2844) - 2 xal; 11-12. Boris Gelfand (İsrail, 2748), Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - 1,5 xal.


Bu yazı

9041 dəfə oxunub

Tarix

2014-10-28 13:19:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev