Synergy Baku” Çində uğurla yarışır



Azərbaycanın "Synergy Baku” velosiped komandası Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake” yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına əsasən keçirilir. .
Noyabrın 4-də keçirilən iştirakçılar 4-cü mərhələdə 129.7 km məsafə qət ediblər. Azərbaycan velosipedçilərindən ən yüksək nəticəyə Maksim Averin imza atıb. O, finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 5-ci olub - 2 saat, 41 dəqiqə, 50 saniyə. Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Elçin Əsədov, İsmayıl İlyasov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.
Dörd mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 14-cü, Maksim Averin isə 17-cidir.
Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır. O, liderdən cəmi 15 saniyə geri qalır. İsmayıl İlyasov 8-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşıblar. Komanda hesabında "Synergy Baku” 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət etməlidirlər.




Bu yazı

6878 dəfə oxunub

Tarix

2014-11-05 10:06:01

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev