Şahmatçımız Qran-pri turnirində ikinci oldu


Şahmat üzrə FİDE Qran-pri turnirinin 2014-2015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsi başa çatıb. Oktyabrın 20-dən noyabrın 3-nə qədər davam edən bu mərhələdə dairəvi sistem üzrə 12 qrossmeyster qüvvəsini sınayıb. Yarış ərzində tez-tez liderlər dəyişib. Bu, turnirdə mübarizə aparan qrossmeysterlərin eyni gücdə olmasından xəbər verir.
Daşkənd yarışında şahmatçılarımız da öz bacarıqlarını nümayiş etdiriblər. FİDE reytinqində ən yüksək əmsala malik olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov doğma azarkeşlər önündə edə bilmədiyini Daşkənddə bacarıb.
(ardı 2-ci səhifədə)9-cu turda rusiyalı Dmitri Yakovenkoya qalib gələn Şəhriyar Məmmədyarov yarışdakı çıxışında uğurlu dönüş edib. Sonrakı iki turda əldə olunan 1 xal yarışın mükafatçısı olmağa kifayət edib.
Ölkəmizi bu turnirdə təmsil edən digər şahmatçımız - Teymur Rəcəbov isə rekord nəticə ilə yadda qalıb. Şahmatçımız keçirdiyi bütün görüşlərdə heç-heçə edib. Bununla da o rəqiblərini qələbəyə həsrət qoyub. 11 görüşdən 5,5 xal toplayan şahmatçımız FİDE Qran-pri turnirinin 2014-2015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsini 8-ci pillədə başa vurub. Yarışın qalibinə gəldikdə, rusiyalı Dmitri Andreykin 7 xalla turnirin qalibi adını qazanıb.
Yekun cədvəli:
1. Dmitri Andreykin (Rusiya, 2722) - 7 xal; 2-3. Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764), Hikaru Nakamura (ABŞ, 2764) - 6,5 xal; 4-7. Fabiano Karuana (İtaliya, 2844), Sergey Karyakin (Rusiya, 2767), Baadur Cobava (Gürcüstan, 2717), Maksim Vaşye-Laqrav (Fransa, 2757) - 6 xal; 8. Teymur Rəcəbov (2726) - 5,5 xal; 9. Aniş Qiri (Hollandiya, 2768) - 5 xal; 10. Dmitri Yakovenko (Rusiya, 2747) - 4,5 xal; 11-12. Boris Gelfand (İsrail, 2748), Rüstəm Qasımcanov (Özbəkistan, 2706) - 3,5 xal





Bu yazı

10745 dəfə oxunub

Tarix

2014-11-07 11:47:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev