Bu gün Soçidə şahmat tacı uğrunda mübarizə başlayır



Dünya şahmat tacı uğrunda mübarizənin son mərhələsi yaxınlaşır. Belə ki, noyabrın 7-28-də şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen keçmiş çempion hindistanlı Vişvanatan Anandla qarşılaşacaq. Dünya şahmat tacı uğrunda mübarizədə qalib 12 partiyanın tamamında müəyyənləşəcək.
Xatırladaq ki, Maqnus Karlsen bu titulu 2013-cü ildə Vişvantan Anandla keçirilən görüşdə qalib gələrək qazanmışdı. Hindistanlı şahmatçı isə əvvəlki adını geri qaytarmaq üçün iddiaçıların yarışında bütün rəqiblərini qabaqlamışdı. Məlumat üçün bildirək ki, şahmat üzrə iddiaçıların Rusiyanın Xanti-Mansiysk (12-30 mart) şəhərində təşkil olunan yarışına Vişvanatan Anand son çempiona məğlub olduğu üçün vəsiqə əldə etmişdi. Digər iştirakçılara gəldikdə isə, Vladimir Kramnik və Dmitri Andreykin 2013-cü ilin Dünya kubokunun finalçıları kimi, Veselin Topalov, Şəhriyar Məmmədyarov şahmat üzrə FİDE Qran-pri turnirinin 2012-2013-ci illər üzrə finalçısı kimi, Levon Aronyan, Sergey Karyakin ELO reytinqinə görə ən yüksək əmsala malik olan şahmatçı kimi yarışa vəsiqə əldə etmişdilər. Pyotr Svidler isə FİDE tərəfindən yarışa dəvət edilmişdi. Bu şahmatçıların mübarizəsində Sergey Karyakin 7,5 xalla ikinci yeri tutmuşdu. Şəhriyar Məmmədyarov isə rusiyalı rəqibləri Vladimir Kramnik və Dmitri Andreykinlə 3-5-ci yerləri bölüşdürmüşdü.


Bu yazı

10584 dəfə oxunub

Tarix

2014-11-07 10:00:08

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev