“Synergy Baku” komandası Çində daha bir uğur qazanıb


Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku” Çin turnesi çərçivəsində daha bir yarışda iştirak edib.
Təmsilçilərimiz bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Tour of Yancheng Costal Wetlands” yürüşündə mübarizə aparıblar. Komanda üzvlərimiz içərisində ən yüksək nəticəyə Azərbaycanın U-23 yığmasının üzvü Samir Cəbrayılov imza atıb. O, 143.5 kilometrlik məsafəni yarış qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 113 velosipedçi arasında 5-ci yeri tutub. Bundan başqa, Aleksandr Surutkoviç və Elçin Əsədov da yarışı ilk pelotonda başa vurublar. Birgünlük yarışın 23 yaşadək velosipedçiləri arasında isə Samir Cəbrayılov 2-ci yeri tutub və xüsusi mükafata layiq görülüb.
Xatırladaq ki, gənc velosipedçimiz bazar günü Çində başa çatan 2.1 kateqoriyalı, 9 mərhələdən ibarət "Tour of Taihu Lake” yürüşündə U-23 yaş kateqoriyasında 3-cü olub. Komanda hesabında "Synergy Baku” "Tour of Yancheng Costal Wetlands” yürüşündə 3-cü nəticə göstərib. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru” olan "Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project”in baş sponsorudur.




Bu yazı

11201 dəfə oxunub

Tarix

2014-11-12 13:40:18

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev