Boksçularımız Avropa birinciliyində altı medal qazanıblar


Azərbaycanın boks üzrə yeniyetmələrdən ibarət yığma komandası Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Anapaya 13 nəfərlə yollanan yığmamız ümumi komanda hesabında Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub. Boksçumuz Ruslan Rüstəmov (46 kq) ukraynalı Oleq Çulyaçetyev üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəxtiyar Qazıbəyov (57 kq) isə yalnız həlledici görüşdə Rusiya boksçusu Anatoli Jirnova uduzaraq ikinci yeri tutub. Pərviz Quliyev (63 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (75 kq) və Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) üçüncü yerlə kifayətləniblər. Avropa birinciliyində 33 ölkədən 254 boksçu mübarizə aparıb.







Bu yazı

11460 dəfə oxunub

Tarix

2014-11-13 16:39:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev