Azərbaycan şahmatı tarixində yeni rekord



FİDE-nin Prezident Şurasının qərarına əsasən 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adı alan ilk şahmatçıdır.
Günay Məmmədzadə 2000-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildən şahmatla məşğul olur. İlk dəfə 2007-ci ildə Azərbaycan çempionatında səkkiz yaşlı qızlar arasında keçirilən yarışda III, IV yeri, 2007-ci ildə isə Gürcüstanın Batumi şəhərində keçirilən səkkizyaşlı qızlar arasında Avropa çempionatında III yeri tutub. Həmin il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında II olub. 2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I yerə çıxaraq üçrəngli bayrağımızı zirvəyə qaldırıb. Həmin il Vyetnamın Vunqtau şəhərində səkkizyaşlı qızlar arasında keçirilən dünya çempionatında III olan Günay, 2009-cu ildə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında birinci yerə layiq görülüb. 2009-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı” nominasiyasının qalibi, 2007, 2008, 2009-cu illərdə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı” nominasiyasında birinci yeri tutub. 2011-ci ildə qadınların Bakı çempionatında II yerin sahibi, sonralar dəfələrlə Avropa çempionu və beynəlxalq turnirlərin qalibi olub. 2012-ci ildə Rumıniyanın Yası (İassi) şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatında I yerə çıxaraq dünya çempionu adını qazanıb. Nəhayət, 2013-cü ildə Çernoqoriyanın Budva şəhərində keçirilən 8-18 yaşlı yeniyetmələrin Avropa Çempionatında 14 yaşlı qızlar arasında çempion adını qazanıb.
Günay Məmmədzadə 2014 -cü ilin fevralın 1-dən 9-dək Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open”, fevralın 10-dan 19-dək isə Minskdə David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə uğurla çıxış edərək beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayıb. Günay Məmmədzadə həmçinin bu il respublikamızın Müstəqilliyinə həsr olunmuş "Baku- Open 2014” beynəlxalq şahmat turnirdə qrossmeyster normasını və kişilər arasında beynəlxalq usta balını qazanıb.



Bu yazı

7527 dəfə oxunub

Tarix

2014-11-14 14:59:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev