Təmsilçimiz Çində 3-cü oldu


Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku” Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake” yürüşündə çıxışını başa vurub. Xatırladaq ki, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik idi.
Komanda hesabında "Synergy Baku” 20 kollektiv arasında 4-cü yeri tutub. Komandamız çempion olmuş Hollandiya millisinə cəmi 10 saniyə uduzub. Şəxsi göstəricilərə gəlincə, yekun sıralanmada 2 velosipedçimiz ilk 20-liyə düşüb. Bunlar 12-ci yeri tutan Samir Cəbrayılov və 19-cu olan Elçin Əsədovdur.
Sevindirici məqam isə yarışın 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılovun fəxri kürsüyə qalxmasıdır. Azərbaycanın U-23 milli komandasının üzvü çempiondan 4 saniyə geri qalmaqla 3-cü yeri tutub və xüsusi mükafata layiq görülüb. 4 gün sonra komandamız Çində start götürəcək daha bir yarışda mübarizə aparacaq - bu, noyabrın 14-16-da keçiriləcək 2.2 kateqoriyalı "Tour of Fuzhou” yürüşüdür.


Bu yazı

10843 dəfə oxunub

Tarix

2014-11-14 13:09:24

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev