“Red Bull Local Hero” müəyyənləşdi


Azərbaycanda ilk dəfə dağ velosipedinin downhill (təpədən üzüaşağı) növü üzrə ekstremal idman yarışı keçirilib. "Red Bull Local Hero” adlanan və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən dəstəklənən yarışda həvəskar velosipedçilərlə yanaşı, peşəkarlar da mübarizə aparıb.
Yarışın fəxri qonağı isə MTB downhill-in tanınmış siması, bu növ üzrə bir çox nüfuzlu turnirlərin qalibi, slovakiyalı Filipp Polk olub. Məhz o, 950 metrlik tras boyunca birinci hərəkət edib və yarış iştirakçılarına öz bacarığını nümayiş etdirib.
Daha sonra isə mübarizəyə start verilib. Yeri gəlmişkən, yarışda Kanada, Rusiya və Gürcüstandan olan idmançılar müsabiqədənkənar iştirak ediblər. Ümumilikdə 30-a yaxın idmançının yarışdığı və "yerli qəhrəman”ı müəyyənləşdirən yürüş zamanı iştirakçılar yüksəklikdən üzüaşağı, maneələrlə dolu torpaq yolla hərəkət ediblər.
Ən yaxşı göstəriciyə isə Azərbaycan yığma komandası və "Synergy Baku” kontinental komandasının üzvü Aqşin İsmayılov layiq görülüb - 1 dəqiqə, 24 saniyə. Aqşindən 2 saniyə geri qalan yığma komandamızın digər üzvü Orxan Məmmədov 2-ci yeri tutub. İlk üçlüyü isə Qusar rayonundan gəlmiş həvəskar velosipedçi Murad Babayev tamamlayıb.


Bu yazı

11152 dəfə oxunub

Tarix

2014-11-14 14:48:15

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev