Şahmatçımızı blitsdə qabaqlayan olmadı



Soçidə keçirilən Mixail Talın xatirəsinə həsr olunmuş blits turnirinə yekun vurulub. Turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, Vladimir Kramnik, Sergey Karyakin, Pyotr Svidler, Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Yevgeni Tomaşevski, Aleksandr Morozeviç, Ernesto İnarkiyev, Aleksandra Kostenyuk (hamısı Rusiya), Boris Gelfand (İsrail) və Peter Leko (Macarıstan) mübarizə aparıblar. Yarış dairəvi sistem üzrə keçirilib. Əsasnaməyə görə şahmatçılar bir-biri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla qarşılaşıblar.
Şəhriyar Məmmədyarov 22 mümkün xaldan 16 xal toplayaraq turnirin qalibi adını qazanıb. Aleksandr Qrişuk 15.5 xalla 2-ci, Aleksandr Morozoviç isə 12.5 xalla üçüncü olub.





Bu yazı

8619 dəfə oxunub

Tarix

2014-11-18 17:12:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev