Həmyerlimiz yenidən AİBA İcraiyyə Komitəsinə seçildi



Koreyanın Jeju şəhərində AİBA-nın növbəti Konqressi keçirilib. Seçkiyə alternativsiz gedən doktor Çinq Ko Vu qarşıdakı 4 ildə də beynəlxalq federasiyaya rəhbərlik edəcək.
Vu artıq üçüncü dəfədir ki, AİBA prezidenti seçkilərində qalib gəlir. Bundan başqa, AİBA-nın yeni vitse-prezidentləri də məlum olub. Afrika qitəsi üzrə Kelani Bayor, Amerikadan Osvaldo Bisbal, Asiyadan Serik Konakbayev, Avropadan Franko Falçinelli, Okeaniyadan isə Ted Tanner vitse-prezident seçiliblər. Qeyd edək ki, Konakbayev bu postda özbəkistanlı Qafur Rəhimovu əvəzləyib. Rəhimov isə bundan sonra WSB liqası üzrə vitse-prezident kimi fəaliyyət göstərəcək. Timur Kulibayev AİBA Pro Boxing, Di Vu isə marketinq üzrə vitse-prezident çalışacaqlar. Konqresdə həm də AİBA İcraiyyə Komitəsinə də yeni seçkilər keçirilib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov növbəti 4 ildə də ölkəmizi icraiyyə komitəsində təmsil edəcək. Bundan başqa, Süleyman Mikayılova boksun inkişafındakı xidmətlərinə görə AİBA tərəfindən xüsusi mükafat da təqdim olunub.


Bu yazı

14958 dəfə oxunub

Tarix

2014-11-18 14:08:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev