“Synergy Baku” “Tour of Fuzhou”da



Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku” 2014-cü il mövsümündə sonuncu yarışında iştirak edir. Komandamız Çin turnesi çərçivəsində keçirilən daha bir yürüşdə - "Tour of Fuzhou”da mübarizə aparır.
3 mərhələli yarışda 17-si kontinental, 5-i isə milli olmaqla 22 kollektiv çıxış edir.
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyasına malik yürüşdə bu gün 122 km-lik ilk mərhələyə yekun vurulub. Velosipedçilərimizin hamısı - Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Ənvər Asanov və İsmayıl İlyasov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 39 dəqiqə, 34 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Maksim Averinə məxsusdur - o, 6-cı yeri tutub. 2-ci mərhələdə iştirakçılar 133 km məsafə qət etməlidirlər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru” olan "Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project”in baş sponsorudur.


Bu yazı

8807 dəfə oxunub

Tarix

2014-11-18 14:31:27

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev