Bakı çempionatında liderlərin sayı artır


Respublika Şahmat Mərkəzində keçirilən kişilər və qadınlar arasında Bakı çempionatının başa çatmasına 2 tur qalıb.
Turnirdə 38 şahmatçı (12 qadın, 26 kişi) çempion adı uğurunda mübarizə aparır. 7 turdan sonra kişilərin çempionatında ikihakimiyyətlilikdir. Belə ki, Elxan Bayramov və Rəşad Zeynallı hərəyə 6 xal toplayaraq zirvəni bölüşürlər. 3-cü yerdə isə aktivinə 5 xal yazan Mətin Mürsəlli qəraralaşıb.
Qadınların çempionatında isə 8 tur keçirilib. Keçirdiyi qarşılaşmalarda aktivindəki xalların sayını 7,5-ə çatdıran Nərmin Məmmədova yeganə liderdir. Pərvanə İsmayılova və Gövhər Beydullayeva isə 7 xal toplayaraq 2-3-cü yerləri bölüşdürürlər.


Bu yazı

6966 dəfə oxunub

Tarix

2014-11-18 15:13:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev