Qadın boksçularımız inamla yarışırlar


Koreya Respublikasının Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə noyabrın 18-də rinqə çıxan üç boksçumuzdan ikisi qələbə qazanıb. Anna Əlimərdanova (54 kq) Meksika təmsilçisi Sosa Paredes Denia Karinanı məğlub edib. Milli komandamızın üzvü səkkizdəbir finalda irlandiyalı Mikaela Volş ilə üz-üzə gələcək.
Yana Alekseyeva (60 kq) dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə Almaniya nümayəndəsi Taşenaa Buqarı mübarizədən kənarlaşdırıb. Y.Alekseyeva 1/8 finalda Ukrayna idmançısı Yuliya Tsiplakova ilə qarşılaşacaq. Əzizə Abbasova (48 kq) isə ilk görüşdə rusiyalı Zoya İsayevaya uduzaraq dünya çempionatında mübarizəni dayandırıb. A.Əlimərdanova və A.Alekseyevadan əvvəl Yelena Vıstropova da səkkizdəbir finala vəsiqə əldə edib.

Qeyd edək ki, dünya çempionatına noyabrın 24-də yekun vurulacaq.


olimpnews.az




Bu yazı

8029 dəfə oxunub

Tarix

2014-11-19 14:58:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev