Boksçularımız dörddə bir finalda yarışırlar



Koreya Respublikasının Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir. Bu gün rinqə çıxan 3 boksçumuzdan yalnız biri qələbə qazanıb.
Avropa çempionu Yelena Vıstropova (69 kq) Taypey nümayəndəsi Çhen Çhia-Çunu məğlub edib. Bu Y.Vıstropovanın dünya çempionatında ikinci qələbəsi olub. Milli komandamızın üzvü dörddəbir finalda amerikalı Daniella Volfla qarşılaşacaq. 75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə Avstraliya təmsilçisi Françes Key Skotla döyüşdən məğlub ayrılıb.
Aynur Rzayeva da (81 kq-dan artıq) dünya çempionatında ilk görüşdə rəqibinə uduzub. Həmyerlimiz rusiyalı Zemfira Maqomedaliyeva ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.
Sabah boksçularımızdan Anna Əlimərdanova (54 kq) irlandiyalı Mikaela Volşla, Yana Alekseyeva (60 kq) isə ukraynalı Yuliya Tsiplakova ilə qarşılaşacaq.




Bu yazı

9179 dəfə oxunub

Tarix

2014-11-20 10:56:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev