Blits və rapid üzrə Avropa çempionatında 7 medal



Estoniyanın paytaxtı Tallin şəhərində 8-18 yaşlı yeniyetmələr arasında sürətli şahmat (rapid) və blits üzrə keçirilən Avropa çempionatına yekun vurulub.
Çempionatda 13 (Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, İtaliya, İspaniya, Belarus, Latviya, Polşa, İsveçrə, Litva, Finlandiya, Avstrya) ölkədən 400-dək şahmatçı mübarizə aparıb. Ölkəmizi bu çempionatda bütün yaş qruplarında 14 zəka sahibi təmsil edib.
İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən sürətli şahmat və blits üzrə çempionatda təmsilçilərimiz 7 medal ( 4 qızıl və 2 gümüş və 1 bürünc medal) qazanıblar. Belə ki, Aytən Əmrayeva 18 yaşlı qızlar arasında 9 mümkün xaldan 7 xal toplayaraq sürətli şahmatda qızıl medalın sahibi olub. Həmçinin o, blits üzrə keçirilən çempionatda 6.5 xal toplayaraq bürünc medal qazanıb. 10 yaşlı oğlanlar arasında Aydın Süleymanlı şahmatın həm rapid, həm də blits növü üzrə aktivinə 8 xal yazaraq Avropa çempionu adını qazanıb. Ümid Aslanov isə 8 yaşadək oğlanların rapid üzrə çempionatında 8 xal toplayaraq olkəmizə 4-cü qızıl medalı qazandıran şahmatçı olub. Digər şahmatçımız Xanım Balacayeva 14 yaşlı qızlar arasında həm rapid, həm də blits üzrə gümüş medal əldə edib.



Bu yazı

19461 dəfə oxunub

Tarix

2014-11-21 10:25:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev