Milli komandamız 2 medalla qayıtdı


Koreya Respublikasının Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub.
Qadınlardan ibarət milli komandamız yarışda 1 gümüş və 1 bürünc medal qazanıb. Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova (69 kq) yarışda bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.
Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb–2:1. Milli komandamızın üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylor ilə qarşılaşmalı olub. Y.Alekseyeva Olimpiya, beşqat dünya və altıqat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni K.Teylora veriblər.
Komandamız iki il əvvəl Çində keçirilən dünya çempionatında bir gümüş medal qazanmışdı. Həmin çempionatda Y.Vıstropova ikinci yeri tutaraq London Olimpiadasına lisenziya əldə etmişdi.




Bu yazı

8384 dəfə oxunub

Tarix

2014-11-25 11:44:34

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev