Təmsilçilərimiz “Qətər Masters Open-2014” turnirində yarışırlar



Noyabrın 26-da Qətərin paytaxtı Doha şəhərində "Qətər Masters Open 2014” beynəlxalq şahmat turniri start götürüb. Turnirdə qalib adı uğrunda 153 şahmatçı yarışır ki, onlardan da 111-i beynəlxalq dərəcəli qrossmeysterdir. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda Azərbaycan da daxil olmaqla, 38 ölkənin güclü şahmatçıları mübarizə aparırlar. Ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər. Turnirə dekabrın 5-də yekun vurulacaq.


Bu yazı

8242 dəfə oxunub

Tarix

2014-11-28 09:43:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev