Azərbaycanlı hakim Daşkənddə ədaləti qoruyub




Noyabrın 17-dən 24-nə qədər Özbəkistanın paytaxtı Daşkənd şəhəri ağırlıqqqaldırma üzrə çempionata ev sahibliyi edib. I Afrika-Asiya və III Asiya kuboku adı altı keçirilən beynəlxalq yarışlarda qitələrin ən güclü ağırlıqqaldıranları mübarizə aparıblar. Azərbaycan Avropa qitəsində yerləşdiyi üçün ölkəmiz bu yarışda təmsil olunmayıb. Lakin azərbaycanlı hakim Beynəlxalq Ağır Atletika Federasiyasının dəvəti ilə yarışlarda ədalət təmsilçisi qismində çıxış edib. Adı çəkilən qurum tərəfindən dünya, Olimpiya, Avropa digər miqyaslı yarışlarda iştirak edən, Olimpiya dərəcəli hakimimiz Vahid Nəzərov Daşkənddə keçirilən yarışlarda jurinin üzvləri sırasında yer alıb. Avropa qitəsindən yeganə hakim kimi bu yarışlara dəvət olunan tanınmış mütəxəssis yarış barəsində fikirlərini bizimlə bölüşdü.
"Özbəkistanda keçirilən yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Çempionatdan əvvəl konqres keçirildi. Beynəlxalq federasiyanın nümayəndələrinin də iştirak etdiyi tədbirdə bir sıra məsələlər müzakirə olunub, mühüm qərarlar qəbul edildi. Həmin müzakirələr içərisində dopinq probleminə, xüsusilə yeniyetmə idmançıların qadağan olunmuş preparatlardan istifadəsinə toxunuldu. Bildirildi ki, dopinqdən istifadə edən idmançının diskvalifikasiyası 2 ildən 4 ilə qədər artırılacaq. Bundan başqa, bildirildi ki, yeni ildən etibarən hakimlərin geyimləri qara rəngli kostyum və ağ köynəklə əvəz olunacaq. Cərimələr isə tam sərtləşəcək”, - deyə Vahid Nəzərov qeyd etdi.


Bu yazı

5451 dəfə oxunub

Tarix

2014-11-28 15:03:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook