16 yaşadək yeniyetmələr arasında keçirilən birinciliyə yekun vurulub


Sumqayıt şəhərində yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi başa çatıb. 8 yaşınadək oğlanlar arasında 7 mümkün xaldan 6,5 xal toplayan Fateh Ağacan birinci olub. Ağaqulu Eyvazlı 5,5 xalla 2-ci, Xəzər Abdullayev isə 5 xal toplayaraq 3-cü yerə layiq görülüb.
Eyni yaşlı qızların birinciliyində isə Kamilla Ələsgərzadə 100 faizlik nəticə göstərərək 7 xalla 1-ci pillədə qərarlaşıb. Mehriban Əhmədova aktivinə 5 xal yazaraq ikinci, Nur Mirzə isə 4,5 xalla üçüncü olub. 10 yaşlı oğlanların yarışında Abusəddin Mollayev 7 turdan 6 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Mehdi Qasımov 5,5 xalla 2-ci, Xəqani Qarayev isə 5 xalla 3-cü yerdə qərarlaşıb. Eyni yaşlı qızların birinciliyində Jalə Kərimli (6 xal), Nəzrin Hüseynova (5 xal) və Məhluqə Zülfüqarlı (3,5 xal) ilk üçlükdə qərarlaşıblar.
12 yaşlı oğlanların mübarizəsində Fərhad Fərhadlı və Uğur İlyaslı 9 turdan 7.5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. 7 xal toplayan Rahim Əliyev isə 3-cü olub. Bu yaş qrupu üzrə qızların mübarizəsində 5 turdan 4 xal toplayan Şəhla Əzizova liderliyi əldən verməyib. Aydan Mahmudova 3 xalla 2-ci, Röya Həbibzadə isə 2 xal toplayaraq 3-cü nəticə göstərib.
Keçirilən görüşlərdə 5 xal toplayan Sahil Mehrəliyev 14 yaşlı oğlanlar arasında çempion adını qazanıb. Kamal Əzizov 4,5 xalla 2-ci və Elçin Məmmədli 4 xalla 3-cü yerə layiq görülüblər. 14 yaşlı qızların mübarizəsində aktivinə 6 xal yazan Ləman Hüseynova rəqiblərindən üstün olub. Diana Qurbanova 4 xalla 2-ci, Gülzar Hüseynova isə 1,5 xal toplayaraq 3-cü yerdə qərarlaşıb.
Ceyhun Hüseynzadə 16 yaşlı oğlanlar arasında ən yaxşı nəticəni göstərib - 5 xal. Cəbrayıl Əsədov liderdən yarım xal geri qalıb. Ağazahir İlyaslı isə 2,5 xalla 3-cü yerin sahibi adını qazanıb.



Bu yazı

9927 dəfə oxunub

Tarix

2014-11-28 17:00:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev