Boksçularımızın rəqibləri məlum oldu



"AİBA Pro Boxing” (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub. 2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək. 30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.
Xatırladaq ki, Məcidov noyabrda APB-də debüt etmiş və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələmişdi.
Tamerlan Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı Nader də əvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub. Abdullayev APB-də ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olmuşdu. Qeyd edək ki, hər iki görüş saat 19:00-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.


Bu yazı

12895 dəfə oxunub

Tarix

2014-12-09 12:42:14

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev