Peşəkar idmançılar yetişdirən məşqçi



1980-ci ildə Zəngilan rayonunda anadan olan Müşfiq Hüseynov idmanla 1993-cü ildən məşğul olur. O, 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Müxtəlif illərdə uşu, subakto, turan-do, taekvondo, hap ki do idman növləri ilə məşğul olub. Müşfiq bu idman növləri üzrə 8 qat ölkə çempionudur. 1997-ci ildə İsrailin Makkabi şəhərində əlbəyaxa döyüş üzrə dünya çempionu olub. Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti Süleyman Məmmədlinin rəhbərliyi altında şərq döyüş növlərinin sirlərinə yiyələnən idmançı 2004-cü ildən hap ki do üzrə yığma komandanın məşqçisidir. Müşfiq Hüseynov həm də Hap Ki Do federasiyasının vitse-prezidentidir. «İdmançı 2009-cu ildən dünya WOF (Dünya Şərq Döyüş Növləri Federasiyası) döyüş sənətləri üzrə dünya çempionatında qızıl medal qazanıb. 2011-ci ildə Türkiyədə hap ki do üzrə Avropa çempionu olub. Müşfiq peşəkar idmana gəlişində ustad döyüşçü Süleyman Məmmədliyə borclu olduğunu deyir. Onun bir döyüşçü kimi formalaşmasında Süleyman müəllimin böyük rolu olub. «Ustadım Süleyman Məmmədli ilə fəxr edirəm. Ondan çox şey öyrənmişəm. Peşəkar idmançı və məşqçi kimi bu səviyyəyə gəlməyimdə onun böyük rolu var»,-deyə Müşfiq Hüseynov bildirdi. Qeyd edək ki, onun yetirmələri beynəlxalq arenalardan indiyədək 186 medal əldə ediblər. Qeyd edək ki, onun yetirmələrindən 13-ü dünya, 9-u Avropa çempionudur.





Bu yazı

10161 dəfə oxunub

Tarix

2014-12-24 15:26:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook