ABŞ, İtaliya və Meksika Olimpiada-2024 uğrunda mübarizə aparır


ABŞ-ın bir neçə şəhəri 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına öz namizədliyini irəli sürməyə hazırlaşır. Əvvəlcə ölkənin namizəd şəhərləri arasında daxili konkurs keçiriləcək.
Qeyd edək ki, Boston, Vaşinqton, San-Fransisko və Los-Anceles namizəd şəhərlərdir. Onlardan hansının ev sahibi olacağı gələn ilin əvvəllərində dəqiqləşəcək. Bundan sonra həmin şəhərin sifariş ərizəsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndəriləçək. Məlumat üçün bildirək ki, ABŞ-la yanaşı, Meksika və İtaliya da Olimpiada-2024-ə ev sahibliyi etmək iddiasındadır. Meksika hökuməti San-Dieqo və Tixuana şəhərlərinin sifariş ərizələrini BOK-a təqdim etməyi planlaşdırır.
İtaliyanın Baş naziri Matteo Rençi də ölkəsinin namizədliyini irəli sürəcəklərini bildirib. O, paytaxt Romanın Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşdığını deyib.


Bu yazı

25174 dəfə oxunub

Tarix

2014-12-24 17:46:41

Yazını

Çap et

Yazını

Paylaş