«Uğur qazanmaq idmançıdan yüksək peşəkarlıq tələb edir»



1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Zaur Yusifov idmana uşaq yaşlarından maraq göstərib. O, 15 yaşından kikboksinqlə məşğul olub. Bu sahədə istedadının olması Zaurun idmana olan həvəsini daha da artırıb və onu ciddi uğurlar qazanmağa sövq edib. İdmançımız indiyə qədər keçirilən bir sıra mötəbər yarışlarda qalib və mükafatçı adını qazanıb. Zaur kikboksinq üzrə iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb. Müxtəlif döyüş növlərində qüvvəsini sınayan idmançı kyokuşin karate üzrə hərbçilər arasında dünya çempionu tituluna da yiyələnib. Bir müddət idmana fasilə versə də, yenidən idmana qayıdıb. Amma bu dəfə o, digər döyüş növü - kunq fu sanda ilə məşğul olmaq qərarına gəlib. "Sərhədçi” İdman Olimpiya Mərkəzində məşqlərə başlayan Zaur çox keçməyib ki, Avropa çempionatında bütün rəqiblərini üstələyərək çempionu tituluna yiyələnib. «Yüksək uğurlar qazanmaq idmançıdan yüksək peşəkarlıq tələb edir. Yarışlarda çıxış etmək üçün gözəl texnikaya malik olmalı, bütün zərbələri yaxşı bilməlisən. Buna görə də daim öz üzrənidə çalışmalısan. Qeyd edim ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşıyam. Fürsətdən istifadə edib Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə mənə dəstək olduqlarına görə minnətdarlığımı bildirirəm. Hazırda məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında İtaliyada keçiriləcək dünya çempionatına hazırlaşıram. Ümidvaram ki, bundan sonrakı yarışlarda da mənə bəslənilən ümidləri doğruldacağam”,-deyə Zaur bildirdi.




Bu yazı

26175 dəfə oxunub

Tarix

2014-12-24 15:08:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook