Boks üzrə ölkə çempionatı davam edir



Şağan Olimpiya Kompleksində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.
Yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 3-cü görüşünü də qələbə ilə başa vurub. Naxçıvan boksçusu bu dəfə Nurlan Qasımlı üzərində qələbə qazanıb. Bu çəki dərəcəsində təcrübəli Rəhim Nəcəfov da növbəti dəfə rinqi qalibiyyətlə tərk edib.
60 kq çəki dərəcəsində əsas favoritlərdən olan Elvin İsayev yarışa qələbə ilə başlayıb. O, milli komandamızın üzvü Ağdaş nümayəndəsi Nicat Hacıyevi mübarizədən kənarlaşdırıb.
Ötən ilki ölkə çempionu Lorenzo Sotomayor da (64 kq) ilk görüşdə çətinlik çəkməyib. O, "Qəbələ” klubunun üzvü Daşqın Budayevin müqavimətini 1-ci raundda qırıb. 2010-cu ildə gənclər arasında dünya çempionu Şaban Şahpələngov isə ikinci görüşündə uduzub. Uzun fasilədən sonra rinqə qayıdan Ş.Şahpələngov təcrübəli Elnur Əliyev ilə mübarizədən məğlub ayrılıb.
Azərbaycan kubokunun gümüş mükafatçısı Ramal Aslanov (69 kq) növbəti mərhələyə vəsiqə qazanıb. "Gilan” klubunun üzvü öz komanda yoldaşı Pərviz Hüseynovdan üstün olub. Bu çəki dərəcəsində qələbəyə namizədlərdən sayılan Elnur Süleymanov isə Əlixan Cəfərovu məğlub edib.
Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) ilk görüşdə çətinlik çəkməyib. Milli komandamızın üzvü Ədalət Mollayevi 1-ci raudda texniki nokautla üstələyib.
Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq.




Bu yazı

7632 dəfə oxunub

Tarix

2015-01-12 11:40:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev