«Çəkilən əziyyət öz bəhrəsini verdi»



Ölkəmizi beynəlxalq arenalarda təmsil edən idmançıların sayı günü-gündən artmaqdadır. Belə idmançılarımızdan biri də yunan-Roma güləşi üzrə dünya və Avropa miqyaslı turnirlərin qalibi, 3 qat Azərbaycan çempionu və uşu-sanda üzrə dünya çempionu Elşad Əliyevdir. O, 1977-ci il avqust ayının 3-də Gürcüstan Respublikası Dmanisi rayonunun Qarabulaq kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 12 yaşından peşəkar idmanla məşğul olmağa başlayan Elşad Azərbaycan Respublikası Olimpiya Ehtiyatları Məktəbinin güləş bölməsini bitirib. Həmin illərdə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Bakı çempionu olub. Müxtəlif şəhərlərdə təşkil olunan beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini layiqincə qoruyub. Daha sonra təmsilçimiz tələbələrin universiadasının qalibi, gənclər və kişilər arasında üçqat Azərbaycan çempionu adına yiyələnib. Uzun müddətli məşqlərdən sonra özünü uşu sanda idmanında sınayan idmançımız 2014-cü ilin iyun ayında İtaliyanın Sardinyo şəhərində keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb. Yarışların gərgin mübarizə şəratində keçdiyini bildirən təmsilçimiz bu qələbənin ona böyük sevinc bəxş etdiyini dedi: «Bu yarışa çox güclü hazırlaşmışdıq. Bütün günü məşqlər edirdik. Yarışa qələbə əzmi ilə getmişdik. Şükürlər olsun ki, çəkilən əziyyət öz bəhrəsini verdi. Bundan sonra çalışacağam ki, bayrağımızı daha da yüksəklərə qaldırım».



Bu yazı

5497 dəfə oxunub

Tarix

2014-12-24 14:45:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook