14-16 yaşlı oğlan və qız şahmatçıların yarışı başa çatıb


Respublika Şahmat Mərkəzində keçirilən 14-16 yaşlı oğlanlar və qızlar arasında Bakı birinciliyi başa çatıb. Yarışın əsasnaməsinə görə hər yaş qrupundan finala çıxmaq hüququ verən yerlərin sayı belə olub: 14 yaşlı oğlanlar - 4 yer, 14 yaşlı qızlar-5 yer, 16 yaşlı oğlanlar - 3 yer, 16 yaşlı qızlar-4 yer 14 yaşadək oğlanların mübarizəsində Fərid Aslanov 9 oyundan 8,5 xal toplayaraq birinci olub. Aktivində 8 xal olan Andrey Mustafin yarışı ikinci pillədə başa vurub. Qurban Bayramov 7 xalla 3-cü,Yusif Məmmədov isə 6 xal toplayaraq 4-cü yerə layiq görülüblər. Eyni yaşlı qızların birinciliyində Aytac Heydərova 7 oyundan 7 xal toplayaraq 100 faizlik nəticə göstərib. Aysu İsmayılova 5,5 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.3-cü yerə isə aktivinə 4,5 xal yazan Səriyyə Zeynalova çıxıb. Sevinc Tağıyeva və Ülkər Həsənzadə hərəyə 4 xal toplayaraq 4-5-ci yerləri bölüşdürüblər.
16 yaşlı oğlanlar arasında Oğuz Abışlı və Asim İmanov 5,5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Səid Rəfili isə aktivinə 5 xal yazaraq 3-cü yein sahibi olub. 16 yaşlı qızların mübarizəsində Sona Hüseynova, Aynur Abbasova, Ayşən Quliyeva və Nərmin Quluzadə finala vəsiqə qazanıblar.


Bu yazı

8533 dəfə oxunub

Tarix

2015-01-16 15:25:02

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev