“Qala” liderliyini davam etdirir


Kişi basketbolçular arasında Azərbaycan çempionatında II dövrəyə start verilib. Çempionatın oyunlarına ev sahibliyi edən "The Club Port Baku”da 2015-ci ilin ilk 4 matçı keçirilib. Günün ən maraqlı qarşılaşması "Bakı” və "Dərviş” komandaları arasında olub. Belə ki, oyun ərzində üstünlüyü əldə saxlayan "Dərviş” dördüncü hissənin sonuna 36 saniyə qalmış 6 xal irəlidə olub. Amma onların qələbəsinə heç kimin şübhəsi olmadığı vaxt Anar Hacıyevin iki 3 xallıq atışı rəqibi çaşdırıb. İkinci 3 xallıq atışdan sonra yerinə yetirilən cərimə atışı "Bakı”ya 61:60 hesablı qələbə qazandırıb.
Digər qarşılaşmalar isə komandalardan birinin aşkar üstünlüyü ilə keçib. Son illərin dəyişməz çempionu "Qala” isə ardıcıl 8-ci qələbəsini qazanıb.
"Qala” - "Araz-Naxçıvan” - 107:23
BDU - NTD - 22:79
"Baku Oilers” - AzTOP - 53:78
"Bakı” - "Dərviş” - 61:60




Bu yazı

9984 dəfə oxunub

Tarix

2015-01-16 16:00:02

Yazını

Çap et

Yazını

Paylaş