Tomas Bax: “Olimpiya oyunlarında təhlükəsizliyi təmin etmək üçün bütün imkanlardan istifadə olunur”



Nəhəng idman yarışlarının təşkilatçıları terrorizm qarşısında təslim olmamalıdırlar. Olimpiya oyunlarında təhlükəsizliyi təmin etmək üçün bütün imkanlardan istifadə olunur, lakin heç kəs təhlükəsizliyin qorunmasına yüz faiz təminat verə bilməz. Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.
"İnsanların təhlükəsizliyi məsələsi iri miqyaslı yarışlarda böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, heç bir təşkilatçı ölkə terrorizm qarşısında təslim olmamalıdır. Biz həmişə və hər yerdə həmrəy olmalıyıq.
Qarşıdan XXXI Yay Olimpiya Oyunları gəlir. Biz təşkilati işlərə diqqət yetiririk, birlikdə işlər görürük, informasiya mübadiləsi edirik. Bir sözlə, Olimpiya oyunlarında təhlükəsizliyi təmin etmək üçün bütün imkanlardan istifadə olunur. Lakin təcrübə göstərir ki, heç kəs təhlükəsizliyin qorunmasına yüz faiz təminat verə bilməz”, - deyə Tomas Bax mətbuat konfransında bildirib.


Bu yazı

22408 dəfə oxunub

Tarix

2015-01-16 17:49:50

Yazını

Çap et

Yazını

Paylaş