Laureus Awards ən yaxşıları seçəcək


Laureus Awards akademiyasının versiyası üzrə dünyanın ən yaxşı idmançılarının mükafatlandırılması mərasimi bu il aprelin 15-də Çinin Şanxay şəhərində keçiriləcək. Mərasimdə dünyanın 46 idman əfsanəsi mükafata layiq görüləcək.
Qeyd edək ki, Laureus Awards-ın mükafatlandırma mərasimi 2000-ci ildən keçirilir. Akademiyada Frans Bekkenbauer, Boris Bekker, Sergey Bubka, Hadya Komeneçi, Migel İndurayn, Mark Spits, Alberto Tomba və digər tanınmışlar fəaliyyət göstərir.
Qeyd edək ki, qonşu Rusiya idmançıları arasında Laureus mükafatına hündürlüyə tullanma üzrə dəfələrlə dünya rekordunun sahibi, Olimpiya çempionu Yelena İsinbayeva (2007 və 2009-cu illərdə) və tennisçi Marat Safin (2001) layiq görülüb.


Bu yazı

9019 dəfə oxunub

Tarix

2015-01-16 17:50:27

Yazını

Çap et

Yazını

Paylaş