“Samsung Basketbol Liqa”larının açılış mərasimi keçirilib



Yanvarın 18-də "The Club Port Baku”nun idman zalında U12 və U14 "Samsung Basketbol Liqa”larının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Məmmədyarov və "Samsung” şırkətinin nümayəndəsi Hid Kim iştirak edib. Federasyasının baş katibi giriş sözündə gənc basketbolçuları salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra Qəhrəman Məmmədyərov basketbola dəstəyə görə "Samsung” şirkətinə öz minnətdarlığını bildirib. Şirkətin nümayəndəsi Hid Kim öz tərəfindən yarış iştirakçılarını salamlayaraq "Samsung”un gələcəkdə də basketbola sponsorluq etmək niyyətində olduqlarını bildirib. Bundan sonra cənab Kimə bu qarşılıqlı tətəfdaşlığı simvolizə edən basketbol forması hədiyyə edilib. Sonra Dövlət himni səsləndirilib. Açılışdan sonra iki oyun keçirilib. U-14 yaş qrupunda "Təhsil” RİOEUGİM "Makkabi” komandasına 50:31 hesabı ilə qalib gəlib. U-12 yaş qrupunda "Şıçrayış” basketbol klubu 32:14 hesabı ilə Səbail UGİM-ə məğlub olub.

Növbəti oyunlar yanvar ayının 25 keçiriləcək.
U12 11.00 "Təhsil” RİOEUGİM - Xətai UGİM
U12 12.00 "Makkabi” MİİB - Səbail UGİM
U12 13.00 "Sıçrayış” BK - "Cres”
U14 14.00 "Təhsil” RİOEUGİM - Xətai UGİM
U14 15.00 "Makkabi” MİİB - Səbail UGİM
U14 16.00 "Sıçrayış” BK - Sabunçu UGİM


Bu yazı

27231 dəfə oxunub

Tarix

2015-01-21 17:27:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook