Məktəblilər arasında basketbol yarışı keçirilib



Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 269 saylı tam orta məktəbin idman zalında qızlar arasında basketbol üzrə yarış keçirilib. Rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan yarışda 10 məktəbdən 120 şagird iştirak edib.
Maraqlı mübarizə şəraitində keçən turnirdə 269 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 17 və 138 saylı tam orta məktəblərin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə təltif olunublar.


Bu yazı

11010 dəfə oxunub

Tarix

2015-01-23 17:11:23

Yazını

Çap et

Yazını

Paylaş