Yeniyetmə boksçular Şağanda yarışırlar



Yanvarın 26-da Şağan Olimpiya İdman Kompleksində boks üzrə yeniyetmələr arasında ölkə çempionatına start verilib. Yarışda paytaxtla yanaşı, müxtəlif bölgələrdən 205 boksçu qalib adı uğrunda mübarizə aparır. 13 çəki dərəcəsi üzrə keçirilən yarışlarda 15-16 yaşınadək olan dəri əlcək ustaları yarışırlar. Ölkə çempionatının təşkilində əsas məqsəd yeniyetmələrdən ibarət yığma komandanın tərkibini müəyyən etməkdir. Qeyd edək ki, qarşıda yeniyetmə boksçularımızı Avropa birinciliyi gözləyir. Ölkə çempionatından sonra boksçularımız qitə birinciliyinə hazırlıqlara başlayacaqlar. Yarış barədə məlumat verən yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rasim Məmmədov iştirakçıların arasında yığma komandanın üzvlərinin də iştirak etdiyini bildirdi. Baş məşqçi çempionatdan sonra boksçuların Avropa və dünya birinciliyində qüvvələrini sınayacaqlarını bildirdi. «Sevindirici haldır ki, regionlarda da boks idman növünə maraq artıb. İldən-ilə yarış iştirakçılarının sayı çoxalır. Bir neçə il bundan əvvəl region təmsilçiləri yarış iştirakçılarının 25-30 faizini təşkil edirdisə, hazırda bu göstərici 50 faizi keçib. Bu artım bizi çox sevindirir. Çempionata qatılan idmançıların bir hissəsi yığma komandanın üzvləridirlər. İlin əvvəli olduğundan idmançılarımızın texniki və taktiki hazırlığında bir sıra çatışmazlıqlar var. Mötəbər yarışlara qədər komandanın tam hazır vəziyyətə gətirilməsi üçün boşluğu aradan qaldırmağa çalışacağıq. Ölkə çempionatından sonra komandamız təlim-məşq toplanışında iştirak edəcək. İnanıram ki, bu hazırlıqlar öz bəhrəsini verəcək və idmançılarımız beynəlxalq arenalarda uğurlu nəticələrlə bizləri sevindirəcəklər», -deyə Rasim müəllim bildirdi.
Qeyd edək ki, ölkə çempionatına yanvarın 31-də keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.



Bu yazı

7450 dəfə oxunub

Tarix

2015-01-30 17:15:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev