Paris Olimpiya oyunlarına ev sahibliyi edə bilər


Fransanın paytaxtı Paris 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi edə bilər. Artıq Fransa rəsmiləri bu məsələ ilə bağlı rəsmi danışıqlara başlayıblar. Danışıqlarda carı ilin iyun ayında Paris şəhərinin Olimpiya oyunlarına ev sahibliyinə namizədliyi müzakirə olunacaq. Əhalinin rəyini öyrənməyi planlaşdıran hakimiyyət orqanları, həmçinin Parisin iqtisadi vəziyyətini nəzərdən keçirəcəklər. Fransa rəsmiləri olimpiadanın Parisdə keçirilməsinə qərar verildiyi təqdirdə, dərhal hazırlıq işlərinə başlayacaqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, növbəti yay Olimpiya oyunları 2016-cı ildə Rio-de-Janeyro şəhərində, 2020-ci ildə isə Tokio şəhərində keçiriləcək.


Bu yazı

19506 dəfə oxunub

Tarix

2015-02-10 17:02:13

Yazını

Çap et

Yazını

Paylaş